Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ona otaq təmizlətdirən anasını bıçaqladı

Ona otaq təmizlətdirən anasını bıçaqladı

Tarix: 22 Dekabr 2022 19:46

ABŞ-ın Florida ştatından olan yeniyetmə anasını otağını təmizləmək üçün dəfələrlə xahiş etdiyinə görə öldürməyə cəhd edib.

Milli.Az bildirir ki, bu barədə Fox News xəbər verib.

17 yaşlı Tobias Ceykob Bryuer anasının başına tava ilə vurub, daha sonra onu bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilib. O, müstəntiqlərə oğlunun ona hücum etdiyini təsdiqləyib.

Hücumdan sonra gənc dostuna mesaj yazıb və ondan silah gətirməsini istəyib. O, anasını güllələyib, sonra qaçmağı planlaşdırıb. Bunun üçün o, anasından avtomobilin açarlarını və pul götürüb.

Ananı öldürmək mümkün olmayıb və Bryuer qaçmaq istəyəndə polis onun avtomobilini təqib edib. Nəticədə o, avtomobillə meşəyə daxil olub və orada saxlanılıb.

Gənc müstəntiqlərə deyib ki, o, anasına onu daim otağı təmizləməyə məcbur etdiyi üçün hücum edib. Şübhəli şəxs təmizliyi sevmədiyini və bu mövzuda davamlı mübahisələrdən bezdiyini vurğulayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ona otaq təmizlətdirən anasını bıçaqladı


RƏYLƏR