Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərbin tapşırığı: Paşinyan rus bazasını çıxarır

Qərbin tapşırığı: Paşinyan rus bazasını çıxarır

Tarix: 23 Dekabr 2022 12:30

Qərbin Nikol Paşinyanı Ermənistan hakimiyyətinə gətirmə səbəbi bu ölkəni Rusiyanın kurasiyasından çıxarmaq olub.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov danışıb.

"Paşinyanın qarşısında duran əsas missiya Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq, bu ölkənin hərbi bazalarının bağlanmasına nail olmaqdır. Sonradan Qərb Ermənistana Qarabağ məsələsi üzrə də müəyyən tələblər irəli sürüb. Qarabağ tam olaraq, Xankəndi də daxil olmaqla, Bakınin nəzarətinə veriləcək. Bir dənə güllə atılmadan. Paşinyan Qərbin dediklərinə heç nə edə bilməz - istəsə belə.

Bunu da demək vacib olardı ki, bu gün İrəvan hakimiyyətinin üz döndərdiyi Rusiya olmasa idi, Ermənistan adlanan dövlət də olmazdı. Əgər bizim hazırda əlimizdə nəsə varsa, Kremlin sayəsindədir", - deyə o qeyd edib.


Etiketlər:  Qərbin tapşırığı Paşinyan bazasını çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ