Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində sutka ərzində koronavirusa 37 milyon nəfər yoluxub

Çində sutka ərzində koronavirusa 37 milyon nəfər yoluxub

Tarix: 23 Dekabr 2022 21:50

Çində pandemiya dövründəki ən böyük COVID-19-a yoluxma dalğası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, son sutkada koronavirusa 37 milyon nəfər yoluxub.

Nəşr yazır ki, Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü keçirilən qapalı iclasında koronavirusa yoluxma halları ilə bağlı qeyri-rəsmi statistika açıqlanıb.

İclasın protokoluna görə, bu həftənin əvvəlində bir gündə Çində 37 milyona qədər insan yoluxub. Ümumilikdə dekabrın ilk 20 günündə ölkədə 248 milyon insan, yəni əhalinin təxminən 18%-i xəstələnib.

Milli.Az


Etiketlər:  Çində sutka ərzində koronavirusa 37 milyon nəfər yoluxub


RƏYLƏR