Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur reper ölüb

Məşhur reper ölüb

Tarix: 24 Dekabr 2022 09:05

Big Scarr təxəllüsü ilə tanınan amerikalı müğənni Aleksandr Vuds 23 yaşında vəfat edib.

Bu barədə cümə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir k, bildirilib ki, ifaçının ölümü cümə axşamı baş verib. Artıq müvafiq araşdırmalara başlanılıb.

Eyni zamanda, mənbələr qətl əlamətlərinin olmadığını qeyd ediblər.

Xatırladaq ki, reper amerikalı sənətçi Offset ilə əməkdaşlıq edib. 2021-ci ildə onun "Big Grim Reaper"adlı debüt miksteypi "Billboard" çartında ilk 25-liyə daxil olub.


Etiketlər:  Məşhur reper ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ