Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın danışıq pozuculuğu davamlı hal alır - Moskva sanki məmnun görünür...

Ermənistanın danışıq pozuculuğu davamlı hal alır - Moskva sanki məmnun görünür...

Tarix: 24 Dekabr 2022 10:12

Elşad Həsənov: "Onlar özlərinə yeni isti bir qucaq axtarırlar"

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşdən imtina etdiyini etiraf edib.

Buna bahanə kimi Laçın yolundakı vəziyyət göstərilib. Qeyd edək ki, Rusiya XİN-dən bildirilib ki, dekabrın 23-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılırdı. Amma Ermənistan görüşdə iştirakdan imtina edib.

Ermənistan bundan əvvəl Avropanın təşkil etdiyi görüşü də Makronun mütləq iştirak etməsi tələbi ilə boykot etdi.

Çox maraqlıdır ki, Rusiya bundan sanki məmnun kimi görünür və Ermənistana substantiv danışıqları pozduğuna görə təzyiq göstərmir. Yaranmış bu vəziyyətlə bağlı ekspertlər nə düşünür?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistan bənzər təxribatları davamlı edir: "Praqada keçirilən görüşdən sonra orada Şarl Mişel bəyanat verdi ki, hər iki ölkə, yəni Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır. Bundan bir neçə gün sonra Fransa prezidenti Makron öz yerli televiziyasında Azərbaycana qarşı olmazın hədyanlar yağdırdı və bildirdi ki, Azərbaycan guya işğalçı ölkədir. Biz Ermənistanın bacısıyıq, daima onun yanındayıq. Ardınca isə noyabr ayının 15 - də aşağı və yuxarı Senatda Azərbaycana qarşı beynəlxalq hüquqa zidd bəyanat qəbul edildi. Bu, Fransanın Azərbaycana və Türkiyəyə qarşı birbaşa düşmənçilik siyasəti idi. Həmin bəyanatda Şarl  Mişel bildirmişdi ki, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması üçün mətn hazırlanır. Doğrudan da biz irəli sürdüyümüz 5 əsas prinsip əsasında təkliflərimizi Ermənistana verdik. Ermənistan isə bu günlərdə onu bizə qaytararaq bildirib ki, ilin sonuna kimi sülh müqaviləsi bağlana bilər. Burada kommunikasiyanın açılması və sərhədin delimitasiyası göstərilir. Əsas məsələ isə qalır".

Siyasi şərhçinin sözlərinə görə,  Ermənistanın bütün bunları uzatma səbəbi məlum deyil: "Hər beynəlxalq  görüşdən sonra Ermənistan hər zaman ritorikasını dəyişir. Son zamanlar Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə artıq İrəvanda həm hökümətyönümlü, həm müxalifyönümlü aksiyalar keçirilir. Bu aksiyalarda da Rusiyanı hər şeydə günahlandırırlar. Bu gün sərhəddə yaranmış vəziyyətlə bağlı da Rusiyanın mövqeyini daim tənqid edirlər. Bundan əlavə, Rusiyanın xarici işlər nazirliyinin rəhbərliyi səviyyəsində ciddi reaksiyalar verilsə də, konkret heç bir iş görülmür. Dekabr ayının 20-də Qriqoryan bildirir ki, biz görüşürük, mətn də hazırlanıb. Onlar yenidən bu görüşü təxirə saldılar. Eyni zamanda bildirim ki, dekabrın 7-nə təyin olunmuş bu görüş də erməni tərəfinin günahı səbəbindən təxirə salındı. Çünki ermənilər deyir ki, gərək "bacımız" Fransa prezidenti Makron da yanımızda ola. Ermənilər öz dövlətlərinin siyasətini həll edə bilmirlər, müstəqil deyillər. Bir tərəfdən Fransadan, bir tərəfdən Rusiya və Amerikadan asılıdırlar. İndi isə son dövrlərdə onların belə tez-tez ritorikalarını dayişmələrinə səbəb Rusiyanın Ukrayna mühiribəsi ilə zəifləməsidir. Onlar özlərinə yeni isti bir qucaq axtarırlar. Fransa ilə və Amerika ilə münasibətlər qurmaq istəyirlər. Ancaq görünən odur ki, yaxın illərdə Rysiya nə qədər zəifləsə də, İrəvan Moskvanın caynağından qurtara bilməyəcək. Onların sülh müqaviləsinin bağlanmasını uzatması və görüşləri ləngitməsi daha güclü tərəfdaş tapıb, ondan sonra özlərinə uyğun tələblər irəli sürmək istəyindən irəli gəlir. Ancaq bildirmək istəyirəm ki, bunlar heç bir nəticə verməyəcək. Amerika, Fransa, kim olur-olsun, reallıq,  BMT-nin qərarları və beynəlxalq hüquq göz önündədir. Biz də buna uyğun olaraq işlər görmüşük. Beynəlxalq hüquqa söykənən qərarı qəbul etmişik. Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri var. Ermənistan heç nə edə bilməyəcək. Bütün beynəlxalq qanunlar da göstərir ki, Qarabağ Azərbaycanındır və nida".

Milli.Az


Etiketlər:  Ermənistanın danışıq pozuculuğu davamlı hal alır Moskva sanki məmnun görünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ