Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 11:36
Rusiya-Ukrayna böhranı Çini siyasi cəhətdən çətin vəziyyətə salıb və AB ilə münasibətlərini çətinləşdirib.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu sözləri Çinin Avropa İttifaqındakı yeni səfiri Fu Tsun mediaya müsahibəsində bildirib.
"Ukrayna böhranı Çinin AB ilə münasibətləri üçün problemə çevrilir", - Fu Tsun bildirib.
Qeyd edilib ki, Çinin AB-dəki səfiri vəzifəsi bir ildir boş idi və Fu Tsun məhz bu ay vəzifəyə başlayıb. Məlumata görə, bütün bu müddət ərzində Çinin Avropa Birliyi ilə münasibətlərinin mərkəzində Rusiya-Ukrayna münaqişəsi, eləcə də Pekin və Moskva arasında sıx əlaqələr dayanırdı.
Qeyd olunur ki, Avropa liderləri Çinin Rusiyanın Ukraynadakı "xüsusi əməliyyatı"nı pisləməsini və vəziyyəti nizamlamaq üçün təsirindən istifadə etməyi təkid ediblər.