Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 20:03
Hipertoniyadan əziyyət çəkən insanlar hər zaman təzyiqi normada saxlamağa çalışmalıdır.
Yüksək təzyiq damarlara mənfi təsir edərək onları vaxtından tez qocaldır. Məhz yüksək təzyiq əksər ürək-damar sistemi xəstəliklərinin və o cümlədən infarkt və insultun əsas səbəbidir.
Alimlər qeyd edirlər ki, düzgün qidalanma təzyiqi normada saxlamağa yardım edən mühüm faktorlardan biridir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Klivlend klinikasının (ABŞ) mütəxəssisləri təzyiqin göstəricilərini yaxşılaşdırmaq üçün rasiona müntəzəm olaraq ispanağı daxil etməyi tövsiyə edirlər.
İspanaq A, C, K vitaminləri, fol turşusu, dəmir, kalium və kalsiumla zəngindir.
Kalium yüksək təzyiqlə mübarizədə çox effektli vasitədir. Kalium orqanizmdən artıq mayeni xaric edir ki, ürək və damarlara düşən gərginlik azalır, böyrəklərin fəaliyyəti yaxşılaşır.