Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 20:33
"Dünya ictimaiyyəti boş sanksiyalar əvəzinə İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlamalıdır".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır. Podolyakın fikrincə, bununla Tehran bütün beynəlxalq sanksiyalar institutunu cəsarətlə aşağılayır.
""İşləməyən sanksiyalar" anlayışından, BMT-nin "işləməyən qətnamələr"indən imtina edərək, daha dağıdıcı vasitələrə - istehsal müəssisələrinin məhv edilməsinə və təchizatçıların həbsinə keçmək vacibdir", - o, "Twitter"də yazıb.