Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlərdən qorxunc xəbərdarlıq - "Əsrin sonuna qədər..."

Alimlərdən qorxunc xəbərdarlıq -

Tarix: 25 Dekabr 2022 06:16

Əsrin sonuna qədər Antarktidada canlıların 97 faizi məhv ola bilər. 2100-cü ilə qədər Antarktida ərazisində faunanın yalnız 3 faizi sağ qala bilər.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "PLOS Biology" jurnalında yer alıb.

Tədqiqata görə, orta temperaturun Selsi üzrə 2 dərəcə yüksəlməsi ilə növlərin orta hesabla 65 faizinin (ən yaxşı halda 37 faiz, ən pis halda 97 faiz) 2100-cü ilə qədər nəsli kəsilmək ehtimalı var.

Alimlər hesab edirlər ki, Antarktika Müqaviləsi ilə bağlı hazırda qüvvədə olan Ətraf Mühitin Mühafizəsi Protokolunda nəzərdə tutulan tədbirlər qlobal istiləşmə şəraitində qitənin biomüxtəlifliyini qorumaq üçün yetərli deyil. Heyvanların xilas edilməsi səyləri üçün maliyyə artırılmalıdır. 2100-cü ilə qədər hesablanmış ən effektiv proqramın dəyəri 1,92 milyard dollardır.

Milli.Az


Etiketlər:  Alimlərdən qorxunc xəbərdarlıq Əsrin sonuna qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ