Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 kürdün qətlində şübhəli bilinən şəxs danışdı: ''Nifrət edirəm''

3 kürdün qətlində şübhəli bilinən şəxs danışdı: ''Nifrət edirəm''

Tarix: 25 Dekabr 2022 22:04

Parisdə 3 kürdün qətli ilə bağlı həbs edilən şübhəli müstəntiqlərə xaricilərə nifrət etdiyini deyib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə Paris prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, bu həftənin cümə günü Parisin 10-cu rayonunda kürd mədəniyyət mərkəzində və yaxınlıqdakı kürd kafesində iki kişi və bir qadını güllələyərək öldürən 69 yaşlı kişi həbs edilib.

Prokuror Laura Bekko açıqlamasında şübhəlinin dindirmə zamanı 2016-cı ildə evində oğurluq baş verdiyini və həmin hadisənin əcnəbilərə qarşı tamamilə patoloji nifrətə səbəb olduğunu bildirib.

Prokurorun sözlərinə görə, həmin şəxs terror aktından sonra özünü depressiyada və intihara meyilli biri kimi qələmə verib. Şübhəlinin dindirilməsi tibbi səbəblərə görə dayandırılıb və o, hazırda psixiatriya palatasında qalır. Onun bir il əvvəl Parisdəki miqrant düşərgəsinə qılıncla hücum etdiyi də məlum olub.

Fransada yaşayan kürd dərnəkləri cümə günü baş verən atışmanın terror aktı kimi tanınmasına çağırıblar. 

Atışma zamanı yaralanan 3 nəfərdən ikisi xəstəxanadadır, onların həyatları üçün təhlükə yoxdur.


Etiketlər:  kürdün qətlində şübhəli bilinən şəxs danışdı Nifrət edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ