Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Tarix: 26 Dekabr 2022 19:36

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bistadan:

"Zati-aliləri.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi adından doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, ölkənizin və xalqınızın rifahı üçün göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Azərbaycan hökuməti və BMTİP arasındakı uzunmüddətli səmərəli tərəfdaşlığa görə Sizə ən səmimi minnətdarlığımı bildirirəm. BMTİP-in 2021-2025-ci illər üçün Ölkə Proqramı Sənədinə uyğun olaraq proqramların genişləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hökuməti dəstəkləməyə hazır olduğumuzu bir daha diqqətinizə çatdırmaq istərdim.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə hamının şahidi olduğu inkişafa, rəhbərliyiniz sayəsində dost Azərbaycan xalqının nail olduğu tərəqqi və firavanlığa, ölkənizin beynəlxalq aləmdə mövqeyinin yüksəlməsinə xidmət edən fədakar fəaliyyətinizə, Azərbaycan xalqının və ölkə rəhbərliyinin dəyanət və qüdrəti hesabına dövlətinizin beynəlxalq birliyin təqdirini qazanmasına görə dərin minnətdarlığımızı ifadə edirik.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər təqdirəlayiq səviyyədə böyük inkişafa nail olmuşdur. Bu isə Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycan xalqının, onun öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı hüquqlarının dəstəklənməsinə və erməni təcavüzünün pislənməsinə stimul vermişdir.

Jurnalist olaraq kütləvi informasiya vasitələrindəki rolumuz çərçivəsində beynəlxalq sahədə malik olduğumuz gücümüzlə öz qanuni hüquqlarına nail olanadək dost ölkənizə güclü dəstəyimizi nümayiş etdirmişik.

Biz təkcə ölkələrimiz arasındakı münasibətlərə deyil, həmçinin yüksək hesab etdiyimiz müdrik idarəçilik siyasətinizə, dövlətə rəhbərlik etmə gücünüzə və dünyagörüşünüzün zənginliyinə görə Sizə fəxr və təqdirlə yanaşırıq.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram".

***

Belarusun "Azərbaycan İcmaları Konqresi"nin sədri Natiq Bağırovdan:

"Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edək. Siz Vətənimizi Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliyə apararaq böyük uğurlara nail olmusunuz. Məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqilliyi və dövlətçiliyi son dərəcə möhkəmlənmiş, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın rifahı yaxşılaşmışdır.

Bütün Azərbaycan xalqı Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində Sizin əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirir. Siz bu Zəfərlə milyonlarla azərbaycanlının gözünə nur qaytardınız.

Sizi əmin etmək istəyirik ki, biz azərbaycanlıların tarixi Vətəni ətrafında sıx birləşməsinə, ölkəmizin adının daha da ucaldılmasına yönəlmiş siyasətinizi yüksək qiymətləndirir, bu müqəddəs məqsədə daim sadiq olacağımızı bir daha bəyan edirik.

Doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti, xoş əhval-ruhiyyə, Azərbaycanın rifahı və inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".

***

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyasdan:

"Hörmətli cənab Prezident.

Şimali Makedoniya Türk Demokratik Partiyası, Şimali Makedoniya türkləri adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Çox xoşdur ki, Zati-alinizin liderliyi ilə Azərbaycan Respublikasının gündən-günə gücləndiyinə və beynəlxalq miqyasda layiq olduğu mövqeyə çatdığına şahidlik edir, Türk dünyası olaraq bununla sonsuz qürur duyuruq. Türkiyə Respublikası və Azərbaycan Respublikası başda olmaqla bütün Türk dövlətləri güclü olduqca, Balkan ölkələrində yaşayan biz türklər də güclü qala biləcəyimizə inanırıq.

Yeni yaşınızda Sizə cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycandakı bütün soydaşlarımıza rifah və əmin-amanlıq arzulayıram".

***

Novosibirsk vilayəti Qanunvericilik Məclisinin komitə sədri Mayis Məmmədovdan:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz öz vətəndaşlarının rifahının qayğısına qalan müdrik və məsuliyyətli rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız. Sizin rəhbərliyinizlə respublika hərtərəfli davamlı inkişafda mühüm uğurlara nail olur, dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə möhkəmlənir. Həmvətənlər hansı ölkədə yaşamalarından asılı olmayaraq Sizi dəstəkləyir və Sizinlə fəxr edir, Azərbaycanın sabitliyi və tərəqqisi üçün əllərindən gələni əsirgəmirlər.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, davamlı inkişaf yolu ilə daim əminliklə addımlamağı, nəzərdə tutduğunuz bütün strateji qərarların həyata keçməsi üçün tükənməz enerji arzulayırıq.

Sizə və Azərbaycan xalqına rifah diləyirəm".

Milli.Az


Etiketlər:  İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ