Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib (FOTO)

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib (FOTO)

Tarix: 2 May 2019 20:48

Bakı. Trend:

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Ağdamda konsert keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə sabah Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ