Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbriz Universitetinin üç tələbəsi universitetdən qovuldu - Etirazlara görə

Təbriz Universitetinin üç tələbəsi universitetdən qovuldu - Etirazlara görə

Tarix: 27 Dekabr 2022 11:50

Dinc etirazlara qatılan Təbriz Universitetinin üç tələbəsi universitetdən qovulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Təbriz Universitetinin fəlsəfə ixtisasının tələbəsi Nima Səracian Təbrizi, elektrotexnika fakültəsinin tələbəsi Əli Keşvərgir, material və metallurgiya fakültəsinin tələbəsi Arvin Ebrahimi universitetdən xaric ediliblər.

Hər üç tələbə sentyabrdan başlanan aksiyalarda həbs olunmuş və zorakılığa məruz qalıb. Həbsdən azad edildikdən sonra universitetin mühafizəsi bu üç tələbəni qovmaq məqsədilə universitetə ​​daxil olmalarına mane olub, tələbə vəsiqələrini də cırıb.

Milli.Az


Etiketlər:  Təbriz Universitetinin üç tələbəsi universitetdən qovuldu Etirazlara görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ