Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın bütün bölgələrində donuz qripi aşkarlandı – Azərbaycanda da var

Rusiyanın bütün bölgələrində donuz qripi aşkarlandı – Azərbaycanda da var

Tarix: 27 Dekabr 2022 21:06

Qripin N1H1-2009- donuz qripi növü Rusiyanın bütün regionlarında aşkarlanıb.

"Medicina" xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Papova qrip və soyuqdəymənin bu həftə azaldığını, donuz qripinə yoluxmanın isə artdığını bildirib.

"Ümumi yoluxanların sayı 1,7 milyonu keçib. Covidlə bağlı epidemioloji vəziyyət isə stabildir. 51 həftədə 47 min insan yoluxub".
Dekabrın əvvəlindən səhiyyə naziri ölkədə donuz qripinin aktivləşdiyini demişdi.

Yeni il bayramlarında yoluxmanın piki yaşana bilər. Bu qripdən qorunmağın yolu profilaktik vaksinasiyadır. Qripp, kovid və pnevmokokka qarşı peyvəndlər var.

Qeyd edək ki, dekabrdan Azərbaycanda da insanlar arasında ağır virus yayılır, bunun kovid olmadığı deyilir. Virus ağciyərlərdə kəskin pnevmoniya verir.

Rusiya və qonşu ölkələrdə donuz qripi varsa, deməli Azərbaycanda da var. Donuz qripinin müalicəsi qrip qədər sadə deyil.

Milli.Az


Etiketlər:  Rusiyanın bütün bölgələrində donuz qripi aşkarlandı Azərbaycanda da var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ