Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Tarix: 28 Dekabr 2022 15:06

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçirəcəklər.

Milli.Az "report"a istinadən bildirir ki,  bu gün rapid növündə qaliblərin adına aydınlıq gələcək.

Kişilərin yarışında X, XI, XII və XIII turun görüşləri, qadınların mübarizəsində IX, X və XI turun qarşılaşmaları oynanılacaq.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4,5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3,5 xalla 131-ci sıradadır.

Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4,5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-cidir.

Kişilərdə Norveçli Maqnus Karlsen 7,5 xalla liderdir. Qadınlardan çinli Tan Çjunyi, rusiyalı Aleksandra Qoryaçkina və hindistanlı Savitha Şrinin 6,5 xalı var.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

Milli.Az


Etiketlər:  Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ