Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tapşırıqla XIN-də işə götürmüşəm” - Elmar Məmmədyarovdan etiraf

“Tapşırıqla XIN-də işə götürmüşəm” - Elmar Məmmədyarovdan etiraf

Tarix: 28 Dekabr 2022 22:22

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının "Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?" sualını cavablandırıb.

"Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub" -  sabiq XİN başçısı suala cavab olaraq bildirib.

Milli.Az


Etiketlər:  Tapşırıqla XIN işə götürmüşəm Elmar Məmmədyarovdan etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ