Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadının xəyanət etdiyini bu üsulla öyrəndi

Arvadının xəyanət etdiyini bu üsulla öyrəndi

Tarix: 29 Dekabr 2022 05:32

Böyük Britaniyada radiodada həyat yoldaşının xəyanətini ifşa edən kişi arvadının sevgilisinə bıçaqla hücum edib və məhkəmə qarşısına çıxarılıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Slovak əsilli 47 yaşlı Marek Feçko 12 il əvvəl birinci həyat yoldaşından boşandıqdan sonra Böyük Britaniyaya köçüb. Kişi həyata sıfırdan başlamaq qərarına gəlib və bir il sonra ikinci dəfə evlənib. Tezliklə onun uşağı olub.

11 illik evlilikdən sonra Feçko bilib ki, həyat yoldaşı onu iş həmkarı ilə aldadır. Kişi arvadını xəyanətdə tutmaq üçün fürsət axtarırmış və 5 ay sonra buna nail olub. Bir gün qadının sevgilisi onun evinə gəlib və onlar yataq otağına çəkiliblər. Otaqda Feçkonun telefonuna qoşulmüş radiodayə olub. Arvadının bundan xəbəri olub və o, cihazı divara tərəf çevirib, lakin söndürməyi unudub.

Feçko işdə olub, amma arvadının yanına sevgilisinin gəldiyini anlayan kimi dərhal evə qaçıb. Kişi evin yaxınlığında arvadının sevgilisini avtomobildə tapıb və bıçaqla onu hədələməyə başlayıb. Nəticədə hadisə yerinə polis çağırılıb, Feçko saxlanılıb.

Məhkəmədə Feçko asayişi pozmaqda və bıçaqdan istifadə etməkdə günahını etiraf edib. O, 120 saat ictimai işlərə məhkum edilib və Feçkoya bir il müddətinə zərərçəkmiş şəxslə əlaqə saxlamağa qadağa qoyulub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Arvadının xəyanət etdiyini bu üsulla öyrəndi


RƏYLƏR