Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 08:24
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım ayıracaq.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib. Erməniatanın hökumət başçısı deyib ki, bu il "Dağlıq Qarabağ" Ermənistan büdcəsindən görünməmiş yardım alıb - 410 milyon dollar. Ermənistanın baş naziri bunu illik "Dövrümüzün Qəhrəmanı" mükafatının təqdimatı zamanı bildirib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin sabahkı qərarı ilə artıq illik ayırmaların məbləği 411 milyon dollara çatacaq. Bu vəsaitlər minlərlə çalışan, yaradan insanların hesabına formalaşıb.
Ermənistan Qarabağ separatçılarına qanunsuz maliyyə ayırmaları ilə sülh danışıqlarına zərbə vurur, eyni zamanda üçtərəfli öhdəliklərə əməl etmək niyyətində olmadığını növbəti dəfə nümayiş etdirir.