Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusunda çavuş kapitanı vəhşicəsinə döydü

Rusiya ordusunda çavuş kapitanı vəhşicəsinə döydü

Tarix: 29 Dekabr 2022 08:45

Rusiyanın Çelyabinsk vilayətində səfərbər edilmiş baş serjant həbs edilib.

Milli.Az musavat.com-a istinadən istinadən xəbər verir ki, Maqnitoqorsk qarnizonu məhkəməsinin məlumatına görə, o, qərargah maşınının kupesində özü kimi səfərbər edilmiş kapitan rütbəsində komandiri ilə mübahisə edib.

Hərbçilər arasında dava düşüb və bu zaman kapitan ölümcül şəkildə döyülüb. Davaya başlayan çavuşun içkili olduğu iddia edilir.

Hərbçiyə qarşı komandirinə zorakı hərəkət maddəsi ilə cinayət işi açılıb. Bu maddə sentyabrın 24-də, Rusiya prezidenti Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən bir neçə gün sonra yenilənib.

Yeni variantda cinayət səfərbərlik dövründə və ya müharibə dövründə törədilibsə, daha ağır cəza nəzərdə tutulur. Dəyişiklikləri nəzərə alsaq, serjantı 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

Milli.Az


Etiketlər:  Rusiya ordusunda çavuş kapitanı vəhşicəsinə döydü


RƏYLƏR