Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maşınını soyanları alt paltarında qovdu - VİDEO

Maşınını soyanları alt paltarında qovdu - VİDEO

Tarix: 29 Dekabr 2022 17:10

Avstraliyanın Qold-Kost şəhərinin sakini, 50 yaşlı Stiv Middlton alt paltarında olmasına baxmayaraq soyğunçuları qovub.

Milli.Az bildirir ki, bu barədə News.com.au məlumat yayıb.

Dekabrın 26-da səhər oyanan Middlton pəncərədən bayıra baxıb və görüb ki, kimsə onun maşınının qapısını açıb. Onun sözlərinə görə, əvvəlcə qızının sevgilisi olduğunu düşünüb. "Sonra gördüm ki, maşının o biri tərəfindən başqa adam peyda olub. Sonra düşündüm: "Lənət olsun, bizi soymağa çalışırlar", - o deyib.

Middlton tamamilə çılpaq olub, ona görə də o, yalnız alt paltar geyinib küçəyə qaçıb. O, qaçan cinayətkarları yaxalayıb və onlardan birinin köynəyindən yapışıb. Buna cavab olaraq daha iki nəfər onu taxta və bıçaqla vurmağa cəhd edib. Kişi qeyd edib ki, dava zamanı o, yüngül bıçaq xəsarəti alıb. Onun səylərinə baxmayaraq, quldurlar qaça biliblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Maşınını soyanları alt paltarında qovdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ