Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zaman səyyahı'' Yerin məhv olma tarixini açıqladı

''Zaman səyyahı'' Yerin məhv olma tarixini açıqladı

Tarix: 29 Dekabr 2022 20:28

2792-ci ildən zaman səyyahı olduğunu iddia edən internet istifadəçisi dünyanın sonunun tarixini açıqlayıb.

Milli.Az bildirir ki, "The Sun" onun TikTok-dakı videosunu paylaşıb.

@timetraveler322 ləqəbi altında gizlənən TikToker keçmişə onun şirkəti tərəfindən icad edilmiş zaman maşını ilə gəldiyini iddia edib. Səyyahın sözlərinə görə, bu, bəşəriyyət tərəfindən ikinci dəfə hazırlanmış maşın idi və o, onun ilk istifadəçisi olmaq şərəfinə nail olub.

@timetraveler322 bildirib ki, izləyicilər ondan tez-tez dünyanın sonunun nə vaxt gələcəyini soruşurlar və o, onların marağını təmin etmək qərarına gəlib. Videoda "Gələcəkdən gələn qonaq" "Yer 6 iyul 2788-ci ildə nəhəng meteoritlə toqquşma nəticəsində məhv olacaq" deyə proqnoz verib. Bununla belə, o deyib ki, planetin məhvi bütün bəşəriyyətin sonu olmayacaq.

"Səyahətçi"nin sözlərinə görə, o vaxta qədər insanlar Marsda koloniya quracaqlar. Üstəlik, o bildirib ki, 17 il Qırmızı planetdə olduqdan sonra insanlar orada tək olmadıqlarını görəcəklər.

İstifadəçilərin əksəriyyəti @timetraveler322-nin açıqlamalarına şübhə ilə yanaşıb, çünki o, əvvəllər özünü doğrultmayan proqnozlar verib. Onlardan biri deyib: "Siz o qədər çox video çəkdiniz, orada nəyinsə baş verəcəyini söylədiniz və heç nə baş vermədi". Digəri isə "dünyanın sonu"nun açıqlanan tarixinin bu gündən çox uzaq olduğuna və proqnozun doğruluğunu yoxlamağın real olmadığına diqqət çəkib.

NASA alimləri hesab edirlər ki, zamanda səyahət etmək mümkün deyil. "Təyyarələrdə və peyklərdə vaxt Yerdəkindən fərqli sürətlə hərəkət etsə də, biz yüzlərlə və minlərlə il səyahət etmək üçün zaman maşınından istifadə edə bilmərik", - deyə agentlik bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Zaman səyyahı Yerin məhv olma tarixini açıqladı


RƏYLƏR