Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 14:45
Rusiyanın Xalq artisti Anna Netrebko həyat yoldaşı Azərbaycanın Xalq artisti Yusif Eyvazov ilə bağlı paylaşım edib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi əri ilə toy günlərində çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, yeddi il əvvəl ailə həyatı qurduğunu yazıb.
"7 il əvvəl... Uçuşa davam... Səni sevirəm Yusif", - deyə Anna bildirib.
Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov 2015-ci ildə ailə qurublar. Cütlüyün övladı yoxdur. İlk əri, müğənni Ervin Şrottdan Anna 2008-ci ildə bir oğul dünyaya gətirib və adını Tiaqo qoyub. Anna Netrebko autizmli uşaq böyüdən milyonlarla qadına nümunədir.