Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 07:24
Böyrək şişləri müxtəlif formokoloji struktura malik olub xoş və bədxassəli olmaqla iki yerə ayrılır.Böyrək şişləri arasında ən geniş yayılmışı böyrəyin heceyrəli xərçəngidir.Son illər USM və kompyuter tomoqrafiyası müayinə üsullarının tətbiqi ilə əlaqədar asimptomatik böyrək şişlərinin diaqnozunun qoyulması mümkün olduğu üçün şişlərin təsadüf olunan tezliyi 2 dəfədən çox artmışdır.Əhalinin 100000 nəfərindən 4 -ü böyrək xərçəngindən əziyyət çəkir.
Böyrək xərçənginin etiologiyası tibbə məlum deyil.
Böyrək xərçənginin simptomları çoxsaylı olduğuna görə ona terapevtik şiş də deyilir.Xəstəliyin əlamətləri aşağıdakılardır:
- hematuriya
- beldə ağrı
- EÇS-in artması
- anemiya
- əllənən törəmə
- hipertermiya
- iştahanın azalması
- arterial təzyiq
- piuriya
- arıqlama
- dispepsiya
- eritrositoz
- miopatiyalar,artralgiyalar
- hiperkaliemiya
- Şiauffer sidromu
- Varikosele
Xəstəliyin simptomları renal və ekstrarenal olmaqla iki yerə ayrılır.Renal əlamətlər sırasına klassik triada - hematuriya,ağrı və qabırğaaltında əllənən törəmə aiddir.Bu triada xəstəliyin çox gec mərhələsində və həm də 8% hallarda aşkar edilir.Ağrı ilə hematuriya böyrəkdaşı xəstəliyində də olur.Amma bu zaman əvvəl ağrı,sonra hematuriya,şiş zamanı isə ağrısız hematuriya baş verir.Böyrəyin şiş xəstəliyində ağrısız hematuriya bir müddət baş verdikdən sonra dayanır.
Qabırğa qövsündə əllənən törəmə xəstəliyin son mərhələlərində müşahidə olunur.Buma görə böyrək xərçəngini axtarmaq üçün mütləq USM və rentgenoloji müayinəyə müraciət etmək lazımdır.Böyrək şişi xəstələrində atrerial təzyiq venoz qan dövranının pozulması nəticəsində baş verir.
İlk dəfə Ştauffer böyrək xərçəngi xəstələrində qanda qələvi fosfatazanın,sərbəst bilirubinin yüksəlməsi,protrombin vaxtının uzanması,disproteinemiya kimi qara ciyərin disfunksiya əlamıətlərini qeyd etdiyi üçün bu simptomlar kompleksi onun adı ilə adlandırılır.
Böyrək şişi sadə kista,polikistoz,hidronefroz,nefroptoz,böyrək karbonkulu,pionefroz,peritonarxası sahə şişləri ilə differensasiya olunur.6-8% hallarda böyrək xərçəngi xoşxassəli olur.