Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 16:28
Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, G qrupunun Sloveniya - Avstriya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-ü Bakı vaxtı ilə 22:45-də başlayacaq.