Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 15:06
"Ermənistanda donuz qripi yenidən yayılmağa başlayıb".
Bunu səhiyyə naziri Anahit Avanesyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artır.
Nazir xatırladıb ki, qripə yoluxma halları həmişə olduğu kimi qışda artır, lakin son iki-üç ildə koronavirus pandemiyası səbəbindən bu virus arxa plana keçib: "İndi təəssüf ki, H1N1 (donuz qripi) qripinin ştamı yenidən yayılır. Bu da kifayət qədər təhlükəlidir".
A.Avanesyan bir daha 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd olunmağa çağırıb.
Nazir həmçinin peyvəndlərdə H1N1-ə qarşı antitellərin də olduğunu vurğulayıb.