Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 17:51
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq Kreml fonu qarşısından lentə alınmayıb.
Çıxış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Putin hərbçilərin qarşısında dayanaraq ölkə əhalisini 2023-cü ilin gəlişi münasibətilə təbrik edib.
Lakin ən maraqlı məqam Putinin arxasında duranlardı.
Onların hərbçi olmadıqları bəlli olub.
Belə ki, elə həmin bu adamlar 2017-ci ilin sentyabrında, V.Putin Dmitri Medvedyevlə birlikdə Novqorod vilayətindəki İlmen gölünə balıq tutmağa gedəndə "fon" rolunu oynamışdılar.
Daha sonra Novqoroddakı Svyato-Yuryevsk monastırındakı ibadət zamanı da eyni adamlar "kütlə" rolunda idilər.
V.Putinin Yeni İl müraciətində arxada duran, əynində hərbi geyim olan "kapitan" rütbəli "hərbçi" qadın Larisa Serquxina adı ilə təqdim edilmiş Yekaterina Safronovadır.
O, bir çox görüşlərdə və müraciətlərdə "fon" rolunu oynamış insanlar arasında olub.