Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 23:36
İspaniyanın elmi-tibbi araşdırma mərkəzi yüksək təzyiqdən xilas olunmaq üçün əsas şərt hesab edilən təzyiq ölçən aparatla ənənəvi təzyiq ölçmə metodunu effektsiz elan edib.
Medicina.az xəbər verir ki, yüksək təzyiq, insult və s kimi ölüm faizi yüksək olan xəstəliklərdə diaqnostika zamanı təzyiqin yalnız həkim otağında ölçülməsi zamanı alınan rəqəm real vəziyyəti əks etdirməyə bilər. Yənii pasiyentin həmin ana olan fizioloji, nevroloji durumuna görə təzyiq aşağı və ya az yuxarı ola bilər.
Maskalanmış hipertoniya həkimi həmişə azdırır: pasiyent həkim müayinəsində olanda aşağı olur, xəstəxanadan çıxan kimi qalxır və ya həkim ölçəndə yuxarı olur, sonradan normallaşır.
Müəlliflər iki növ təzyiq ölçmə metodunu müqayisə ediblər: kliniki təzyiq ölçmə və sutkalıq monitorinq. Monitorinqdə sutka ərzində hər 30 dəqiqədən bir təzyiq dinamikası yoxlanılır.
Bu araşdırmanın gedişində İspaniyanın 64.000 yaşlı sakininin təqyiq göstəriciləri müqayisə edilib. Analizlər göstərdi ki, sutkalıq monitorinqin nəticəsi 50% daha effektiv və yüksəkdir. Məhz bu metod pasiyentin ürək-damar problemindən ölmə riskini dəqiqləşdirməyə imkan verir.
Pasiyentlərin çoxunda maskalanmış hipertoniya idi, onların təzyiqini həkim ölçdükdə ciddi rəqəm alınmırdı, halbuki onların yüksək təzyiqdən müalicəyə ehtiyacı var idi.
Ona görə də xəstənin insult, infarktdan itirilməsinin qarşısını almaq üçün gündə 1-2 dəfə yox, sutkada ən azı 10-12 dəfə təzyiqi ölçülməlidir.
İndi bütün dünyanın öndə gedən klinikalarında SM təzyiq ölçmə metodu tətbiq olunur.