Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 23:24
PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Fransadır. Onların fəaliyyəti Fransa tərəfindən birbaşa himayə olunur. Dəfələrlə bu ölkədə terror təşkilatının bayraqları və simvolları ilə aksiyalar keçirilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik söyləyib.
"Terror adlı ilanı kim qoruyursa, o ilan da sabah onu sancır. Gəlin, heç bir ayrı-seçkilik etmədən terror təşkilatları ilə birgə mübarizə əsasında əməkdaşlıq edək", - deyə Çelik bildirib.