Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya Argentina ilə barışdı

Braziliya Argentina ilə barışdı

Tarix: 3 Yanvar 2023 07:45

Braziliya yeni liderin rəhbərliyi altında Buenos Ayreslə dostluq münasibətlərinə qayıtmaq niyyətindədir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Braziliya prezidenti Lula da Silva qonşu dövlətin başçısının andiçmə mərasiminə gələn Argentina prezidenti Alberto Fernandes ilə şəxsi görüşdən sonra özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Fernandes və Braziliyanın əvvəlki prezidenti Jair Bolsonaro arasında münasibətlər gərgin olub. Açıq qarşıdurmanın olmamasına baxmayaraq, dövlət başçıları müxtəlif siyasi ideologiyalara mənsub idilər. Fernandes solçu siyasətçi, Bolsonaro isə sağçı, mühafizəkar baxışların nümayəndəsi kimi tərif edilə bilər. Eyni zamanda, bəzi beynəlxalq məsələlərdə hər iki liderin mövqeyi diametral şəkildə əks idi. Xüsusilə də əsas fikir ayrılıqlarından biri Venesuela ilə münasibətlər məsələsi idi.

Milli.Az


Etiketlər:  Braziliya Argentina ilə barışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ