Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 08:00
Rusiya qonşu ölkələrdən birinin "müstəmləkə"sinə çevrilə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Kimsə 2023-cü ilin asan olacağını, ruslar üçün hər şeyin bitdiyini və hər şeyin yaxşı olacağını düşünürsə, mən bu fikri bölüşmürəm. Fakt budur ki, rusların sahibləri ola bilər. Bu gün biz müşahidə edirik ki, müəyyən qonşu ölkə artıq Rusiyanı tədricən özünə tabe edir, çünki onun orada öz maraqları var. Bu isə bütün dünya, o cümlədən bizim üçün çox təhlükəli tendensiyadır", - o bildirib.
"Çini nəzərdə tutursunuz" sualını Danilov bildirib ki, o, baş verən prosesləri nəzərdə tutur:
"Onlara çox diqqət yetirilməlidir".