Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 08:48
Vyetnamın Donq Thap əyalətində qəribə hadisə baş verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, 10 yaşlı uşaq yerin altına salınmış, ortasında 25 sm enində dəlik olan 35 metrlik dirəyin içərisinə yıxılıb.
2 gün uşağı axtaran xilasedicilər onu beton dirəyin içərisində tapa bilməyiblər.
Sütunun darlığı səbəbindən içəri girə bilməyən xilasetmə qrupları uşağın boğulmaması üçün sütunu tamamilə torpaqdan çıxarmağa çalışdıqlarını və mütəmadi olaraq oksigen vurduqlarını bildiriblər. Bildirilib ki, oğlan metal yığmaq üçün tikinti ərazisinə gəlib və bu zaman dəlikdən içəri yıxılıb.
Vyetnamın Baş naziri Pham Minh Chinh əyalət axtarış-xilasetmə qruplarına xilasetmə işlərinə qoşulmağı tapşırıb.