Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən uzun daş körpüsü haradadır? - 1270 metr

Dünyanın ən uzun daş körpüsü haradadır? - 1270 metr

Tarix: 3 Yanvar 2023 18:02

Dünyanın ən uzun daş körpüsünün Türkiyədə olduğunu bilirsinizmi?

Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın yerləşən Ədirnə şəhərindəki Ergene çayı üzərində 15-ci əsrdə inşa edilən ''Uzunköprü'' dünyanın ən uzun daş körpüsüdür. ''Uzunköprü'' 1427-1443 illər arasında Osmanlı Padşahı İkinci Muratın göstərişi ilə inşa edilib. 1270 metr uzunluğa malik körpü dünyanın ən uzun daş körpüsüdür.

Əhəngdaşı və travertin daşları ilə inşa edilən bu möhtəşəm körpü Orta Asiyadan Balkanlara qədər geniş bir coğrafiyada müxtəlif mədəniyyətləri bir araya gətirən Osmanlı İmperiyasının motivləri ilə bəzədilib. Körpünün dayaqlarında və tağlarında güc və qüdrəti simvolizə edən bəzi heyvan fiqurları və bitki motivləri təsvir olunub. Buradakı heyvan fiqurlarından biri olan aslanın arxasında Ayı təmsil edən dişi başı var. Digər tərəfdə isə güc və uzun ömürün rəmzi olan fil fiquru var.

Bu monumental əsər sərt təbii şəraitə baxmayaraq altı yüz ildir özünü qoruyub-saxlayıb. Bu gün də istifadədə olan körpünün hündürlüyü iki yarım, eni isə dörd yarım metrdir. Körpüdə üçbucaqlı tarixi köşk və iki eyvan da mövcuddur. 

Qeyd edək ki, ''Uzunköprü'' 2015-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib./TRT


Etiketlər:  Dünyanın uzun daş körpüsü haradadır 1270 metr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ