Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 04:15
Bakı. Trend:
Oktyabrın 11-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açacaq.
Tədbirin moderatoru Rusiya Federasiyasının Mədəniyyət nazirinin müşaviri M.A.Kojemyakin olacaq.
Qeyd edək ki, tədbirdə Rusiyanı Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, nazir müavini - Dağıstan Respublikasının Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına təmsil edəcəklər.
Tədbirin davamı olaraq saat 15: 00-da folklor qruplarının çıxışı planlaşdırılır.
Günün sonunda Heydər Əliyev Sarayında saat 19:00-da dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin