Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına başlanıldı - İrəvan təsdiqlədi

Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına başlanıldı - İrəvan təsdiqlədi

Tarix: 6 Yanvar 2023 23:42

Ermənistan və Türkiyə birbaşa hava yük daşımalarına başlayır.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə erməni mediası "Anadolu" Agentliyinə istinadən məlumat yayıb. Bildirilir ki, 2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınmasına icazə verilib. Məlumata görə, qərar iki ölkə nümayəndələri, o cümlədən münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlardan sonra qəbul edilib. Deyilir ki, razılaşma ilə bağlı Türkiyənin ixracatçılar birlikləri ölkənin Ticarət Nazirliyi vasitəsilə məlumatlandırılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan isə News.am-a bildirib ki, Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, yükdaşımaların qarşılıqlı şəkildə reallaşdırılması ötən ilin 1 iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında keçirilən görüşdə əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçiriləcək. "Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanını təmin edən növbəti sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik", - Hunanyan bildirib.

İrəvan və Ankara arasında əldə olunmuş anlaşmaya Ermənistanda ironik reaksiya verənlər də tapılıb. Qonşu ölkələrlə on illərdir davam edən gərginliklərin qalmasında maraqlı olan çevrələr Ermənistanı xilas layihəsini təqdir etmək əvəzinə, Laçın yolunun guya bağlı olmasını "əsas" gətirib, Türkiyə ilə birbaşa əlaqələrin yaradılmasına ironik yanaşma sərgiləyiblər. Xəbərlərdən birinin sərlövhəsi erməni məkrinin nümayişidir: "Türkiyənin məsxərəsi: Qarabağa həyat yolunu bağladılar, amma Ermənistanla havada yük daşınmasına qoyulan qadağanı götürdülər".

Türkiyə Kəlbəcərin işğalı ilə bağlı Ermənistana quru və hava sərhədlərini bağlayanda da ermənilər narazı qalıb, hay-küy salırdılar, indi də eyni davranış sərgiləyirlər...

Milli.Az


Etiketlər:  Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına başlanıldı İrəvan təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ