Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 23:48
"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi (Maykl Karpenter - red.) "blokada" və "humanitar vəziyyət" haqqında yalan xəbərlərə aldanıb".
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
"Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.