Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsrin sonunadək buzlaqların yarısı yox olacaq

Əsrin sonunadək buzlaqların yarısı yox olacaq

Tarix: 7 Yanvar 2023 08:10

Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta orta qlobal temperaturun artmasının 1,5 dərəcə Selsi aşağı salmağa nail olunduğu halda belə baş verəcək. "Science" elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb.

Alimlərin hesablamalarına görə, əgər orta qlobal temperatur hazırkı sürətlə artmaqda davam edərsə, o halda yüzilliyin sonunadək buzlaqların üçdə ikisi məhv olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar. Bu dəyişikliklər artıq indidən nəzərə çarpır: məsələn, Alp buzlaqlarının geri çəkilməsi bir neçə onillikdir ki, davam edir və hazırda bu proses sürətlənir.

Buzlaqların əriməsi qlobal istiləşmənin ən təhlükəli fəsadlarından birinin yaranmasına - dəniz səviyyəsinin artmasına səbəb olacaq. Bu, öz növbəsində, bütün dünya üzrə xeyli sahilboyu ərazilərin, eləcə də bir sıra ada dövlətlərinin ərazilərinin su altında qalması ilə nəticələnəcək.

Milli.Az


Etiketlər:  Əsrin sonunadək buzlaqların yarısı yox olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ