Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artıb

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artıb

Tarix: 7 Yanvar 2023 08:12

2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə artıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 2021-ci ildə müraciətlərin sayı 201 olduğu halda, ötən il bu rəqəm 951 təşkil edib.

Hərbi xidmətdən imtina edənlər öz qərarlarını Ukraynada müharibənin başlaması və münaqişənin əhatə dairəsinin genişlənmə risklərinin olması ilə izah edirlər.

Qeyd edək ki, Almaniya Silahlı Qüvvələrinin şəxsi heyəti 183 min nəfər təşkil edir. 2025-ci ildə bu rəqəmin 203 minə çatdırılması planlaşdırılır.


Etiketlər:  Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ