Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus ordusunun əsas cəhdləri bu istiqamətə yönəlib

Rus ordusunun əsas cəhdləri bu istiqamətə yönəlib

Tarix: 7 Yanvar 2023 08:36

Düşmənin əsas səyləri inzibati sərhəd daxilində Donetsk vilayətini tamamilə ələ keçirməyə yönəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, düşmən Baxmutda hücum əməliyyatları aparır və Kupyansk, Liman və Avdeyevka istiqamətlərində taktiki vəziyyəti yaxşılaşdırmağa uğursuz cəhdlər göstərir. Eyni zamanda, digər istiqamətlərdə özünü müdafiə edir.

Baş Qərargah qeyd edib ki, Rusiya işğalçıları Çerniqov vilayətinin Nikolaevka və Xarkov vilayətinin Streleçye, Krasnoe, Ambarnıye, Buqruvatka, Qatişe, Zeleni və Odradne yaşayış məntəqələrinin ərazilərini atəşə tutublar.

Milli.Az


Etiketlər:  Rus ordusunun əsas cəhdləri bu istiqamətə yönəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ