Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spodilitin müalicəsi

Spodilitin müalicəsi

Tarix: 7 Yanvar 2023 08:51

Xəstəliyin müalicəsi zamanı əsas məqsəd aşağıdakılardan ibarətdir:
* ağrının azaldılması
* fəqərələrin hərəkətinin yaxşılaşdırılması
* iltihabi prosesin aradan götürülməsi.
Spondilit zamanı xəstələrin vəziyyəti getdikcə pisləşir və onlarda aşağıdakı əlamətlər özünü biruzə verir:
- nevroloji fəsadlaşmalar
- atlanto-askulyar oynağın natamam çıxığı
- ağciyərlərin zirvəsinin firozu nəticəsində yaranan təngnəfəslik
- aortal çatışmazlıq
- bud-çanaq oynağında hərəkətin məhdudlaşması.
Müalicə məqsədilə ilk növbədə xəstələrə rejim tətbiq edilir. Xəstələrə karsetdən istifadə etməklə qamətini düzgün saxlaması, bərk və alçaq martasda yatması tələb edilir. Xəstələrə fəqərələrin kifozunu dərinləşdirən hərəkətlər etməyə qadağalar qoyulur. Xəstələrə xüsusi dieta tətbiq edilmir. Müalicə bədən tərbiyəsinin tətbiqi xəstəliyin əlamətlərini nisbətən sakitləşdirir.
Spodilitdən əziyyət çəkən xəstələrə müxtəlif dərman vasitələri verilsə də, bu xəstələrə müvəqqəti təsir edir. Dərmanlar xəstələrin ağrılarını kəsmir, onları qısa müddət ərzində azaldır. Bu səbəbdən xəstələrə ağrını azaltmaq üçün uzunmüddətli təsirə malik dərman vasitələrindən istifadə edilir.


Etiketlər:  Spodilitin müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ