Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

14-17 yaşlı qızlar arasında ABORT sayı niyə artıb? - “Onlar ana olmaya bilərlər”

14-17 yaşlı qızlar arasında ABORT sayı niyə artıb? - “Onlar ana olmaya bilərlər”

Tarix: 7 Yanvar 2023 12:42

"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu da o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr N qədərdir. Valideynlər qızlarını pula satırlar. Və yaxud təhsildən yayınan qızlar çox erkən cinsi həyata başlayırlar".

Milli.Az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında tanınmış ginekoloq Təranə Həsənova söyləyib. O əlavə edib ki, erkən cinsi əlaqələr çox vaxt abortlarla yekunlaşır:

"Abort isə bütün hallarda qadın orqanizmində çox ciddi fəsadlar yaradır. Bu fəsadların bir qismi dərhal, bir qismi isə sonra baş verir. Dərhal baş verən fəsadlar ondan ibarətdir ki, abort zamanı uşaqlıq deşilə bilər.
Abortdan sonra iltihab əmələ gələb bilər. Və qadın bundan çox ciddi əziyyət çəkə bilər. Bu müalicə ilə keçmir və endometrik xəstəliyə çevrilir. Endrometrik də o deməkdir ki, qadın ömrüboyu ağrılarla yaşamağa məhkumdur. Abort çox zaman sonzuzluğa yol açır. Düzgün əməliyyat edilməyən qadın ömürboyu hamilə qalmıya bilər".

Ginekoloq abortun digər təhlükələrindən də danışıb:

"Bəzi hallarda abort zamanı uşaqlıq boynu müxtəlif yolla genəldilir. Bu da uşaqlıq boynuna mexaniki təsir göstərir. Belə halla rastlaşan qadınlarda 40 yaşdan sonra uşaqlıq boynunun xərçəngi yaranır. Qadınlarda yumurtalıqların xərçənginin bir səbəbi də abort göstərilir.

15 yaşlı qızla, 30 yaşlı qadının etdiyi abort arasında fərq ondan ibarətdir ki, erkən yaşda orqanizm tam yetişməmiş olur. Hormonal balans tam qurulmayıb. Noolsun ki, gənc qız hamilə qalır?! Hamilə qalmaq hələ hormonal balansın yetişməsi demək deyil. Ona görə də erkən abort etdirən qızlarda sonradan çox ciddi endrokrinoloji xəstəliklər baş verir. Ümumiyyətlə, abort qadın üçün çox təhlükəlidir. Erkən yaşda baş verdikdə isə bu təhlükə 2 dəfə artır".

Sovetlər dönəmində 18 yaşına çatmamış qızların abort edilməsi qadağan edilmişdi. Belə hallara görə cinayət məsuliyyəti müəyyən edilirdi. Amma indiki qanunvericilik bu məsələyə çox liberal yanaşır.
Tanınmış hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, abortlara qanunla icazə verilir:

"Lakin, müəyyən şərtlər var. Birincisi, abortlar rəsmi və ixtisaslaşdırılmış səhiyyə müəssisələrində aparılmalıdır. Evlərdə və yaxud ixtisaslaşdırılmamış yerlərdə abortların edilməsi qadağandır. Yetkinlik yaşına çatmamış qızların abort edilməsi cinayət sayılmır. Belə hal yalnız o zaman cinayət sayılır ki, abortun edilməsi qadında hansısa real xəstəliyə səbəb ola bilər. Və bir də abort o zaman qadağan edilir ki, ana bətnində uşaq artıq ciddi inkişaf mərhələsinə başlamış olsun. Doğrudur, yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. Burda isə bir incə məqam var. Yetkinlik yaşına çatmamış qız gərəkdir ki, şikayətçi olsun".

Milli.Az


Etiketlər:  14 17 yaşlı qızlar arasında ABORT sayı niyə artıb Onlar ana olmaya bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ