Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miri Yusifdən mesaj: "40 milyonluq Azərbaycan..."

Miri Yusifdən mesaj:

Tarix: 7 Yanvar 2023 20:00

Xalq artisti Miri Yusif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 2 saatdan çox səhnədə qalan sənətçi konsertə "Xəzərəm" mahnısı ilə başlayıb. Daha sonra "Küçələrə su səpmişəm" adlı mahnını kompozisiya şəklində xanəndə Nurlan Namazovla birgə ifa edib.
10-dan çox musiqiçi və rəqqaslarla performans göstərən Miri Yusif "Bildim" adlı yeni mahnısını da ilk dəfə konsertində oxuyub.

"Yaxın tariximizə nəzər yetirəndə gördük ki, 10 milyon insan bütöv bir yumruq olmağı bacardı və biz qalib gəldik. İnşallah bütöv 40 milyonluq Azərbaycan da bir yumruq olub, qalib gələcək. Artıq buna çox rahat inanırıq. Ona görə də bu mahnını bizə, özümüzə həsr edirəm. Əziz xalqım, səndən bir dənədir!", - deyə, sənətçi konsertin sonunda bildirib.

Milli.Az


Etiketlər:  Miri Yusifdən mesaj 40 milyonluq Azərbaycan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ