Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 22:50
Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstəriləcək.
Bu məqsədlə Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər Naxçıvan şəhərinə gəliblər.
Muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq.
Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.