Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eminem “50 Cent”in serialına çəkilir - FOTO

Eminem “50 Cent”in serialına çəkilir - FOTO

Tarix: 8 Yanvar 2023 11:45

Reperlər "50 Cent" və Eminem "8 Mil" ("8 Mile" - 2002) filmi əsasında serialın üzərində işləyirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "50 Cent" xəbər verib.

"Mən televiziyada "8 Mil"i nümayiş etməyə hazırlaşıram. Əla olacaq. Bu boş bir şey olmayacaq. Yüz bal verirəm. Düşünürəm ki, bu, Eminemin irsi ilə əlaqəli olmalıdır, çünki gənclərin bunu başa düşməsi mənim üçün vacibdir", - deyə "50 Cent" bildirib.

"8 Mil" filmi Deytroitin rep döyüşlərini fəth edən ağdərili oğlanın (Eminemin) hekayəsinə həsr olunub. 2003-cü ildə Eminem bu filmə yazdığı mahnıya görə "Oskar" qazanıb.

Milli.Az


Etiketlər:  Eminem Centin serialına çəkilir FOTO


RƏYLƏR