Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 09:00
NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
O xatırladıb ki, Finlandiya alyansa üzvlük üçün müraciət edərkən öz fəaliyyət dairəsini məhdudlaşdırmaq istəmədiyi üçün ilkin şərtlər irəli sürməyib:
"Ancaq aydındır ki, üzvlük başa çatdıqdan sonra belə Finlandiya torpağında nüvə silahı olmayacaq", - o bildirib.
O, ölkənin siyasi rəhbərliyinin Finlandiya və İsveçin NATO-ya eyni vaxtda qoşulacağına dair baxışını təsdiqləyib:
"Finlandiya və İsveç vahid strateji müdafiə strukturu təşkil edirlər. Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı eyni vaxtda açıqlaması sadəcə nəzakət jesti deyil, hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsidir".