Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksika Prezidenti Braziliyada çevriliş cəhdi iştirakçılarının kimliyini açıqladı

Meksika Prezidenti Braziliyada çevriliş cəhdi iştirakçılarının kimliyini açıqladı

Tarix: 9 Yanvar 2023 19:24

Meksika Prezidenti Andres Manuel Lopes Obrador hesab edir ki, Braziliyada çevriliş cəhdinin arxasında oliqarxlar dayanır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, tviterdəki hesabında yazıb.

"Braziliyada mühafizəkarlar tərəfindən oliqarxiyanın zirvəsi, onların nümayəndələri və fanatiklər tərəfindən təşviq edilən qınaq obyekti və antidemokratik çevriliş cəhdi", - Meksika Prezidenti sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva tək deyil, o, ölkənin, Meksikanın, Amerika qitəsinin və bütün dünyanın mütərəqqi qüvvələrinin dəstəyinə malikdir.

Prezident seçkilərində uduzan Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də səsvermənin nəticələrinə etiraz edərək paytaxtdakı Milli Konqres binasını ələ keçirib, Prezident Sarayına, həmçinin Ali Məhkəmənin binasına soxularaq orada talanlar törədiblər, mebelləri sındırıblar, tonqal qalayıblar. İğtişaşlarda iştirak etdiyinə görə azı 400 nəfər saxlanılıb.

Braziliya Prezidenti iğtişaşlarla əlaqədar yanvarın 31-dək paytaxtda fövqəladə vəziyyət elan edib.

Milli.Az


Etiketlər:  Meksika Prezidenti Braziliyada çevriliş cəhdi iştirakçılarının kimliyini açıqladı


RƏYLƏR