Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üzərində qanunsuz silah gəzdirən müğənni həbs olundu

Üzərində qanunsuz silah gəzdirən müğənni həbs olundu

Tarix: 9 Yanvar 2023 20:40

"Cage The Elephant" solisti Mett Şultz qanunsuz silah saxladığına görə həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mğənni Manhattanda yerləşən "Bowery" hoteldə qalarkən işçilərdən biri onun əlində silah gördüyünü deyib. Bundan sonra hüquq-mühafizə orqanları onun otağında 2 içi dolu tapança aşkar ediblər.

Polis Şultzun həbs olunarkən spirtli içkinin təsirində olduğunu bildirib. Onun 10 min dollarlıq girov müqabilində sərbəst buraxıldığı açıqlanıb.

Məsələ ilə bağlı məhkəmə fevralın 23-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Üzərində qanunsuz silah gəzdirən müğənni həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ