Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb

BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb

Tarix: 10 Yanvar 2023 08:36

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi İran hakimiyyətini etirazçıları edam etməyi dayandırmağa və müvafiq praktikanı ləğv etməyə çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə idarənin tviterində yazılıb.

Qurum açıqlamasında İranda etiraz aksiyaları zamanı həbs olunan Məhəmməd Qobadlu və Məhəmməd Boruqaninin gözlənilən edamından narahat olduğunu bildirib.

Beynəlxalq təşkilat bəyan edib ki, İran hakimiyyəti bütün edamları dərhal dayandırmalıdır.

Xatırladaq ki, sentyabrın 17-də İranda etiraz aksiyaları başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub, 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz tədbirlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

Milli.Az


Etiketlər:  BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ