Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FFF Prezidenti Zindandan üzr istədi - “Belə müsahibə verməməli idim”

FFF Prezidenti Zindandan üzr istədi - “Belə müsahibə verməməli idim”

Tarix: 10 Yanvar 2023 08:42

"Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının Prezidenti Noel Le Qrey deyib.

O, müsahibəsində bu sözləri deyərək millinin keçmiş üzvü Zinəddin Zidandan üzr istəyib:

"Mən Fransa futbolunun iki nəhəngi olan Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Lakin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir".

Qeyd edək ki, FFF-nin rəhbəri açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını bildirmişdi.


Etiketlər:  Prezidenti Zindandan üzr istədi Belə müsahibə verməməli idim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ