Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 09:30
Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobil geri qayıdıb.
Sonxeber.net xəbər verir ki, bu dəqiqələrdə onların əks tərəfə keçidi üçün növbəti dəfə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 30 gündür davam edir.