Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” - FOTO

Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” - FOTO

Tarix: 10 Yanvar 2023 12:55

"Nə qədər ki, dünyamızda yaşayan belə ruhi xəstə, cahil insanlar olacaq və onlar cəzalanmayacaq, bir o qədər bizi çox bəlalar gözləyəcək!"

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov işgəncə verilərək öldürülən pişiyin fotosunu paylaşaraq yazıb.

"Ay ruhi xəstə insan, bu da bir canlıdır, onun da bir balası var. Sən bu cəmiyyətə, öz ailənə necə örnək olacaqsan? Sənin övladın böyüyüb nə olacaq? Sənin bu cəmiyyətə nə faydan olacaq?" deyə, ifaçı fikirlərinə əlvə edib.

Qeyd edək ki, bir müddətdir sosial şəbəkə seqmentində paylaşılaraq insanların qınaq obyektivinə çevrilən görüntülərə Xalq artisti Aygün Kazımova da münasibət bildirib. O, lazımi qurumların məsələyə baxaraq bunu törədən şəxsin cəzalandırılacağına ümid etdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Zamiq ƏSƏBİLƏŞDİ Ay ruhi xəstə bu da bir canlıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ